
Abubakardan “Neftçi” azarkeşlərinə: “Sizin üçün gəlirəm”
“Neftçi”nin yeni transferi Vensan Abubakar “ağ-qaralar”la müqavilə imzalamaq üçün Azərbaycana gəlir.
Komanda.az xəbər verir ki, kamerunlu hücumçu klubun mətbuat xidmətinin paylaşdığı videoda azarkeşlərə səslənib:
“Əziz “Neftçi” azarkeşləri, sizin üçün gəlirəm. Görüşərik!”
Abubakarın son klubu “Hatayspor” olub. 33 yaşlı forvard daha əvvəl “Portu”, “Beşiktaş” və “Əl-Nəsr”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



