“Neftçi” rəsmisi: “Abubakarla danışıqlar gedir”

“Portu”, “Beşiktaş” kimi klublarda çıxış etmiş Kamerun millisinin üzvü Vensan Abubakarın adı bir müddətdir ki, “Neftçi” ilə yanaşı hallanır. Onun artıq Bakıda olduğu da bildirilir.

Abubakarla bağlı ən son məlumatları əldə etmək üçün “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı ilə əlaqə saxladıq. Klub rəsmisinin Komanda.az-a açıqlaması belə oldu:

“Son günlər yox, bir müddətdir Abubakarın adı “Neftçi” ilə hallanır. Nəinki onunla, bir neçə hücumçu ilə danışıqlar gedir. Bakıda olmasına dair xəbərlər həqiqəti əks etdirmir. Rəsmi bir şey olarsa, klub tərəfindən açıqlama veriləcək”.

33 yaşlı forvardın sonuncu klubu Türkiyə “Hatayspor”u olub. O, hazırda azad agentdir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button