“Abşeron”dan çətin qələbə
Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində növbəti oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, günün ilk görüşü “Gəncə” və UNEC komandaları arasında olub.
GİN-in Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada Gəncə təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb.
Eyni məkanda baş tutan günün ikinci matçında isə “Abşeron” və “MAA” klubları üz-üzə gəliblər. Gərgin keçən oyunun taleyinə tay-breykdə aydınlıq gəlib. 5 set davam edən oyunda “Abşeron”un 3:2 hesablı qələbəsi qeydə alınıb.
Qeyd edək ki, qadınların mübarizəsində son qrup qarşılaşmaları oktyabrın 30-da keçiriləcək.
A qrupu
“Gəncə” – UNEC 3:0 (25:9, 25:13, 25:15)
B qrupu
“Abşeron” – “Milli Aviasiya Akademiyası” 3:2 (19:25, 25:20, 25:17, 21:25, 15:12)
Bizi Facebook-da izləyin