“Abşeron” uduzdu, “Azərreyl” qələbə qazandı
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 8-ci turunda Bakıda iki, Gəncədə isə bir oyun baş tutub.
Komanda.az xəbər verir ki, turun ilk qarşılaşması Gəncə İdman Sarayında “Gəncə” və “Murov Az Terminal” komandaları arasında olub.
Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Turun digər qarşılaşmaları isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. Burada “Milli Aviasiya Akademiyası” komandası “Abşeron”la, “Azərreyl” klubu isə UNEC-lə üz-üzə gəlib.
Gərgin keçən “Milli Aviasiya Akademiyası” – “Abşeron” matçında qalib 4 setdə müəyyənləşib. “Milli Aviasiya Akademiyası” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Turun son qarşılaşmasında isə “Azərreyl” 3:0 hesabı ilə UNEC komandasına qalib gəlib.
Yüksək Liqada növbəti turun oyunları fevralın 4-də keçiriləcək.
“Gəncə” – “Murov Az Terminal” 2:3 (18:25, 25:18, 20:25, 26:24, 10:15)
“Abşeron” – “Milli Aviasiya Akademiyası” 1:3 (18:25, 28:26, 25:27, 22:25)
“Azərreyl” – UNEC 3:0 (25:9, 25:11, 25:15)
Bizi Facebook-da izləyin