
“Abşeron” türkiyəli basketbolçu ilə anlaşıb
“Abşeron” heyətini yeni basketbolçu ilə gücləndirib.
Bu barədə Komanda.az-a klubun mətbuat xitmətindən məlumat verilib.
Türkiyəli Ömər Yavaş mövsümün sonuna qədər “Abşeron”un uğurları üçün çalışacaq.
24 yaşlı oyunçu son olaraq ölkəsinin 1-ci liqa komandası “Kapaklıspor”da çıxış edib.
O, karyerası ərzində “Tofaş” və “Yalovaspor”un da şərəfini qoruyub. Türkiyəli basketbolçu “Tofaş”da keçirdiyi illər ərzində Avropa Kuboku, Çempionlar Liqası kimi turnirlərdə forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin