
“Abşeron” “Sərhədçi”yə uduzdu
Azərbaycan Basketbol Liqasında çıxış edən “Abşeron” komandası növbəti yoxlama matçında məğlub olub.
Komanda.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu komanda “Sərhədçi” ilə üz-üzə gəlib. Qarşılaşma “Sərhədçi”nin qələbəsi ilə bitib – 82:71
“Abşeron” bundan öncə “Naxçıvan” və “Gəncə” üzərində qələbə qazanıb, “Ordu” klubuna isə məğlub olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin