
“Abşeron” “Azərreyl”ə qalib gəldi
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 19-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında baş tutan görüşdə “Gəncə” UNEC-i 3:0 hesabı ilə üstələyib.
“Azərreyl” – “Abşeron” görüşündə isə ikincilər eyni hesabla qələbə qazanıblar.
“Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” kollektivlərinin duelində isə birincilər 3:2 hesablı qələbəyə seviniblər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



