“Abşeron” ABŞ-lı basketbolçu transfer edib

“Abşeron” heyətini ABŞ-dan olan basketbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı oyun qurucusu Ayinde Hikkim mövsümün sonuna qədər komandanın formasını geyinəcək.

O, ilk olaraq ölkəsində “La Salle University Explorers” klubunda çıxış edib. Ayinde Hikkim daha sonra 3 mövsüm Massaçusets Universitetinin “Lowell River Hawks” komandasının şərəfini qoruyub.

“Abşeron” buna qədər Jaja Devislə yollarını ayırıb, Ömər Yavaşla isə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button