ABŞ yığmasının üzvü Türkiyə klubunda
Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İsveçin “Helsinqborq” klubunun yarımmüdafiəçisi Mikkel Diskerudu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. ABŞ-dan olan 30 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.
Diskerud daha öncə “Ulsan”, “Göteborq”, “Nyu York Siti”, “Rosenborq”, “Gent” və “Stabek” klublarında da forma geyinib. ABŞ yığmasında 38 oyuna 6 qol vurmuş futbolçu, karyerası ərzində bütövlükdə 351 matça çıxıb, 44 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin