ABŞ və İranda keçirilməli olan dünya kubokları ləğv edilib
Bu il İran və ABŞ-da keçirilməsi planlaşdırılan güləş üzrə dünya kubokları ləğv edilib.
Komanda.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) rəsmi saytı məlumat yayıb. Qərar Paris-2024 Yay Olimpiya Oyunları öncəsi bu cür yüksək səviyyəli tədbirlərin təşkili ilə bağlı problemlər və çətinliklər diqqətlə nəzərdən keçirildikdən sonra qəbul olunub.
Bildirilib ki, bir çox ölkə təmsilçiləri olimpiadaya hazırlığa diqqət yetirdiyindən, dünya kuboklarında idmançı sayının az olması UWW üçün narahatlıq yaradır:
“Həmçinin, bu ilin sentyabrında Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatı da güləşçilər üzərində təzyiqi artıracaq”.
Qərara təsir edən amillərdən biri də yerli təşkilat komitələrindən lazımi qədər dəstəyin olmamasıdır.
İrandakı yunan-Roma güləşi üzrə dünya kuboku 24-25 noyabrda, ABŞ-dakı sərbəst və qadın güləşi üzrə yarış isə 9-10 dekabrda keçirilməli idi.
Bizi Facebook-da izləyin