ABŞ və Argentinadan imtina etdi – İtaliyada qalmaq istəyir
Bir müddət əvvəl “Roma”dan ayrılan Daniele De Rossi gələcək karyerası ilə bağlı qərarını verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Argentinanın “Boka Xuniors” və ABŞ-ın “Los Anceles” klublarının transfer hədəfində olan yarımmüdafiəçi, bütün təklifləri rədd edib. İtaliyalı futbolçu, karyerasını İtaliyada davam etdirməyə qərar verib.
35 yaşlı futbolçunun A Seriyasında çıxış edən “Sampdoriya”, “Atalanta”, “Milan” və “Fiorentina” kimi klubların hədəfində olduğu bildirilir.
2002-ci ildən “Roma”nın əsas komandasında çıxış edən Rossi, son mövsümdə 22 qarşılaşmada iştirak etmişdi.
De Rossi “Roma”nın əfsanəvi futbolçusu Françesko Tottidən (786 oyun) sonra bu komandanın heyətində ən çox oyun keçirmiş ikinci futbolçudur – 615 matç. O, bu görüşlərdə 63 qola imza atıb.
Bizi Facebook-da izləyin