
İran millisi DÇ-2026-dan kənarda qala bilər – Trampa görə
İran millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb, ancaq ABŞ-ın yeni prezidenti Donald Trampın siyasəti səbəbindən yarışı buraxa bilər.
Komanda.az “New York Times”-a istinadən xəbər verir ki, Tramp qeyri-dost hesab etdiyi 43 ölkənin siyahısını tərtib edib və hazırda Meksikaya qarşı mübarizə apardığı kimi, bu ölkələrin vətəndaşlarının Amerika Birləşmiş Ştatlarına girişini qadağan etməyi düşünür.
Bu halda, iranlı futbolçular dünya çempionatının keçiriləcəyi Amerika Birləşmiş Ştatlarına gedə bilməyəcəklər. Bu isə onların dünya çempionatını buraxmaq məcburiyyətində qalacaqları deməkdir.
Hazırkı dünya çempionu Argentina yığmasıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



