ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın “Vitoriya” klubunun yarımmüdafiəçisi Tayler Boydu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb.
Boyd geridə qalan mövsümü icarə əsasında Türkiyənin digər Super Liqa təmsilçisi “Ankaragücü”ndə keçirib. Ondan öncəki mövsümdə isə bu futbolçu “Tondela”da icarədə olub.
Yeni Zelandiyada anadan olan, hətta bu ölkənin yığma komandasında da bir neçə oyuna çıxan yarımmüdafiəçi, bu ildən ABŞ millisində oynamağa başlayıb. O, bu ölkənin yığma komandasında 5 oyuna 2 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin