ABŞ millisinin üzvü Çempionşipdə
“Çelsi”nin futbolçusu Mett Miazqa karyerasını İngiltərə Çempionşipində davam etdirəcək.
Komanda.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “Ridinq”ə transfer edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Miazqa mövsümün sonuna qədər icarə əsasında Çempionşip təmsilçisində çıxış edəcək.
2016-cı ildə ABŞ-ın “Nyu York Red Bullz” klubundan “Çelsi”yə keçən Miazqa, mövsümün ilk dövrəsini Fransanın “Nant” komandasında keçirib.
Miazqa 11 dəfə də ABŞ millisinin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin