Anri milli komandaya rəhbərlik edə bilər

“Arsenal”ın və Fransa millisinin keçmiş futbolçusu Tyeri Anri ABŞ yığmasının yeni baş məşqçisi ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssisin təyinatı Olimpiadadan sonra baş tuta bilər. Anri indi qarşıdakı turnirdə çıxış edəcək Fransa gənclər komandasına rəhbərlik edir.

46 yaşlı çalışdırıcı 2018-19-cu illərdə “Monako”ya rəhbərlik edib. Fransa komandası onun rəhbərliyi altında keçirdiyi 20 oyunda 5 qələbə qazanıb. 11 məğlubiyyətə üzülən Anrinin yetirmələri, 4 görüşdə heç-heçəyə razılaşıb.

Anrinin Uels millisinə rəhbərlik edə biləcəyi barədə məlumatlar var idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button