Vieyra millinin “sükanı arxasına” keçə bilər

ABŞ millisinin rəhbərliyi komandanı 2026-cı ildəki dünya çempionatında mübarizə aparmağa hazırlayacaq baş məşqçi axtarır.

Komanda.az TUDN-a istinadən xəbər verir ki, amerikalılar fransalı məşqçi Patrik Vieyra ilə danışıqlara başlayıblar. 48 yaşlı mütəxəssis bu yaxınlarda Amerika kubokundan sonra boş qalan postun favoriti hesab olunur.

2026-cı il dünya çempionatı ABŞ-da keçiriləcək.

Bir gün əvvəl “Strasburq” klubu Patrik Vieyranın komandanın baş məşqçisi postundan istefa verdiyini açıqlamışdı. Beləliklə, indi Vieyra ilə ABŞ milli komandası arasında ciddi maneə yoxdur.

Vieyra məşqçilik karyerası ərzində artıq ABŞ-da işləyib. Belə ki, o, 2016-2018-ci illərdə “Nyu York Siti”də çalışıb.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button