ABŞ millisinin toplanışı ləğv edildi – Qasıma görə

Futbol üzrə ABŞ millisi Qətərdəki təlim-məşq toplanışını ləğv edib.

Komanda.az sözügedən ölkənin futbol federasiyasının saytına istinadən xəbər verir ki, buna səbəb, bölgədə siyasi vəziyyətin gərginləşməsidir.

Açıqlamada, yanvar toplanışı üçün Qətər səfərinin təxirə salındığı və hazırlıqla bağlı alternativ variantların axtarıldığı bildirilir.

ABŞ prezidenti Donald Trampın tapşırığı ilə İranın generallarından Qasım Süleymani və başqa bir neçə hərbçi sui-qəsd nəticəsində öldürülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button