
ABŞ klubu “Tottenhem”in hücumçusuna rəsmi təklif göndərib
Cənubi Koreya millisinin və “Tottenhem”in oyunçusu Son Hın Minin gələcəyi dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın “Los-Anceles” klubu 33 yaşlı hücumçuya rəsmi təklif göndərib.
Son İngiltərədən ayrılmaq istəyərsə, “Tottenhem” buna mane olmayacaq. Onun yaxın zamanlarda rəhbərliklə görüş keçirərək gələcək karyerası ilə bağlı müzakirələr aparması gözlənilir.
Cənubi koreyalı futbolçu son mövsümdə bütün turnirlərdə 46 oyun keçirib, 11 qol vurub və 12 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin