ABŞ klubu oyunun stadionunu dəyişib – Messiyə görə
ABŞ-nin “Sportinq Kanzas Siti” komandası MLS-də “İnter Mayami”yə qarşı keçirəcəyi oyunun stadionunu dəyişib.
Komanda.az klubun rəsmi saytına istianadən xəbər verir ki, buna azarkeşlərin rəqib komandanın hücumçusu Lionel Messiyə inanılmaz marağı səbəb olub.
Komandanın ev oyunlarını keçirdiyi arena 18 min azarkeş tutumuna malikdir. Qarşılaşma isə 76 min yerlik “Arrowhead Stadium”da gerçəkləşəcək.
MLS-də 8-ci tura təsadüf edəcək görüş aprelin 14-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin