Vela Qrizmannı ABŞ-a aparmaq istəyir

ABŞ-ın “Los Anceles” klubunun futbolçusu Karlos Vela “Atletiko”nun hücumçusu Antuan Qrizmannı MLS-ə aparmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə meksikalı hücumçu, “instaqram” hesabında canlı yayım zamanı deyib. O, Qrizmannla bu haqda danışdığını söyləyib:

“Qrizmannı ABŞ-a gətirmək istəyirəm. Bu barədə bir neçə dəfə danışmışıq. Hər dəfə ona deyirəm ki, mütləq Los Ancelesə gəlməlidir”.

Vela və Qrizmann İspaniyanın “Real Sosyedad” klubunda birgə çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button