Bekhemdən keçmiş komanda yoldaşına dəvət
ABŞ-ın “İnter Mayami” klubunun yeni baş məşqçisi Fil Nevill ola bilər.
Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano “tvitter” hesabında məlumat yayıb. Xəbərdə, tərəflər arasında danışıqların başladığı bildirilib.
Fil Nevill hazırda İngiltərənin qadınlardan ibarət milli komandasını çalışdırır.
“İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.
Nevill və Bekhem “Mançester Yunayted” və İngiltərə yığmasında birlikdə çıxış ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin