Bekhemin klubuna rekord məbləğdə cərimə

ABŞ-ın “İnter Mayami” klubu cəzalandırılıb.

Komanda.az xəbər verir ki, MLS rəhbərliyi Mayami təmsilçisini transfer qaydalarında müəyyən edilən xərc limitini aşdığı üçün 2 milyon dollar məbləğində cərimələyib. Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb. Bu cərimə MLS tarixinin rekord cəzasıdır.

“İnter Mayami” Blez Matuidini transfer edərkən turnir rəhbərliyi tərəfindən əvvəlcədən müəyyən edilmiş xərc limitini aşıb.

“İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button