
FİFA-nın sabiq vitse-prezidentinə qarşı rüşvət ittihamı
ABŞ-ın Ədliyyə Nazirliyinin Nyu-Yorkdakı məhkəməyə verdiyi geniş iddianamədə FİFA-ya çoxsaylı ittihamlar irəli sürülüb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, iddianamədə DÇ-2018 və DÇ-2022-nin ev sahibliyi üçün edilən səsvermədə FİFA üzvlərinin rüşvət aldığı məlumatı yer alıb.
İddiaya görə, FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner DÇ-2018-lə bağlı Rusiyaya səs vermək üçün 5 milyon dollar alıb. Uornerdən əlavə, Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra, FİFA-nın İcraiyyə Komitəsinin üzcü Rafael Salqero da səsvermədə rüşvət alıb.
İddianamədə rüşvət məsələlərinin 2 dekabr 2010-cu il tarixində, Sürixdəki FİFA-nın İcraiyyə Komitəsinin iclası zaman həyata keçirildiyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin