Messinin şərəfinə pivə – FOTO
ABŞ-ın “Prison Pals Brewing Co” pivə zavodu Lionel Messinin “İnter Mayami” klubuna keçidi ilə bağlı yeni spirtli içki istehsal edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, məhsulun qablaşdırılması Mayami klubunun rəngləri – çəhrayı və qara ilə əhatə olunub. Eyni zamanda, argentinalının forma nömrəsi, “GOAT” yazısı əks etdirilib. Məhsulun ilk buraxılışı bir neçə saat ərzində satılıb.
Məsələ ilə bağlı klub açıqlama yayıb:
“Bütün dövrlərin ən yaxşı futbolçusu Mayamiyə gəlir. Şəhərin ən yaxşı pivə zavodu onun yolunu gözləyir. Bu, Messiyə olan rəğbətimizin nümunəsidir. Əsl dadı siz də hiss edin!”
Argentina millisinin üzvü azad agent kimi PSJ-dən ABŞ təmsilçisinə keçib. 36 yaşlı futbolçunun təqdimat mərasimi iyulun 16-da baş tutacaq. Həmin tədbirin bütün biletləri artıq satılıb.
Son dünya çempionu “İnter Mayami”də təxminən 60 milyon dollar qazanacaq.
Bizi Facebook-da izləyin