ABŞ da Rusiyaya “yox” dedi

ABŞ komandaları beynəlxalq turnirlərdə Rusiya təmsilçiləri ilə mübarizə aparmayacaq. 

Komanda.az xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyası məlumat yayıb. Rusiyanın Ukraynaya hücumundan sonra heç bir beynəlxalq yarışda bu ölkənin təmsilçilərinə qarşı mübarizə aparmayacaqları bildirilib: 

“ABŞ Futbol Federasiyası Ukrayna xalqı ilə birlikdədir. Biz Rusiyanın iyrənc və qeyri-insani işğalını pisləyirik. Azadlıq və sülh bərpa olunana qədər şərtlərdən asılı olmayaraq, Rusiya ilə eyni turnirdə mübarizə aparmayacağıq. Ukraynanı müdafiə etməyə davam edəcəyik. Özümüzün və sizin şərəfinizi ləkələməyəcəyik”. 

Daha əvvəl FİFA və UEFA Rusiya millilərinin və klublarının beynəlxalq yarışlardan məhrum ediləcəyini açıqlayıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button