Abramoviç Türkiyədəki restoranda 5,9 min dollar bəxşiş verib

“Çelsi”nin keçmiş sahibi Roman Abramoviç Türkiyənin elit restoranlarından birində verdiyi bəxşişlə gündəmə gəlib.

Komanda.az “SonDakika”-ya istinadən xəbər verir ki, rusiyalı milyarder 85 min türk lirəsi (2,9 min dollar) dəyərində sifariş verib və ofisianta 175 min lirə (5,9 min dollar) bəxşiş təqdim edib.

Bildirilib ki, Abramoviçin dostları ilə getdiyi restoranda iş adamı “kral kimi” qarşılanıb. Abramoviç və onun dostları üçün yeməkləri aşpaz şəxsən hazırlayıb.

Xidmətdən məmnun qalan Abramoviç restoran işçilərinə təşəkkür edərək, onlara ümumilikdə 260 min lirə (8,8 min dollar) ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button