Abramoviç məhkəməyə üz tutdu – 1 milyon dollar tələb edir
“Çelsi”nin keçmiş sahibi, rusiyalı iş adamı Roman Abramoviç Avropa Məhkəməsinə müraciət edib.
Komanda.az xəbər verir ki, Abramoviç Avropa İttifaqının ona qarşı tətbiq edilən sanksiyalarından narazıdır. İş adamı hesab edir ki, Portuqaliya vətəndaşlığına malik olduğu üçün tətbiq edilən sanksiyalar onun Aİ tərəfindən təmin edilən əsas hüquqlarını pozur.
Abramoviç Avropa İttifaqından ona dəyən zərərin əvəzi olaraq bir milyon dollar tələb edir. O, bu məbləğin “Çelsi” klubunun satışından əldə olunan vəsaiti almaq üçün yaratdığı xeyriyyə fonduna köçürülməsini istəyir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin