Abramoviç hökumətlə razılığa gəldi
“Çelsi”nin sahibi Roman Abramoviç və Böyük Britaniya hökuməti klubu satmaq üçün lazım olan bütün hüquqi prosedur barədə razılığa gəliblər.
Komanda.az “Bloomberg”- istinadən xəbər verir ki, Abramoviçin vəkilləri və hökumət klubun rusiyalı funksionerə olan 2 milyard avro borcu ilə bağlı razılığa gəliblər.
Abramoviç “Çelsi”ni satışa çıxardıqdan dərhal sonra pulunu almaq istəyirdi. Lakin İngiltərə hökumətinin sanksiyaları səbəbindən bu proses yubandı.
Daha əvvəl Böyük Britaniya hökuməti “Çelsi”nin satışı ilə bağlı ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və “Clearlake Capital” investisiya şirkətindən ibarət qrupla razılığa gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin