
Abramoviç “Çelsi”ni təhvil verdi
Rusiyalı iş adamı Roman Abramoviç “Çelsi”nin rəhbərliyindən uzaqlaşıb.
Komanda.az TASS agentliyinə istinadən xəbər verir ki, Abramoviç İngiltərə klubunun idarəçiliyini xeyriyyə fondunun qəyyumlarına təhvil verib.
Abramovic 2003-cü ildə 140 milyon funt sterlinqə “Çelsi”ni almışdı və İngiltərəyə köçmüşdü.
Rusiyanın Ukraynaya hücumundan sonra iş adamının İngiltərəyə girişinə qadağa qoyulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin