![](https://komanda.az/wp-content/uploads/2025/02/89782417-01fd-3df9-b41f-edd82f8b625f_850-780x470.jpg)
ABL: “Sabah” NTD-yə qalib gəldi
Azərbaycan Basketbol Liqasının 14-cü turunda “Sabah” NTD-yə qalib gəlib.
Komanda.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun görüşündə “bayquşlar” 96:85 hesablı qələbəyə sevinib.
14-cü turun daha əvvəl keçirilən matçlarında “Neftçi” “Sərhədçi”ni 82:67, “Naxçıvan” “Abşeron”u 76:70, “Quba” “Sumqayıt”ı 90:80 hesabı ilə məğlub edib. Tura fevralın 8-də keçiriləcək oyunlarla yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin