Abdullazadə Xorvatiya klubunda debüt etdi

Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” evdə “Osiyek”lə qarşılaşıb.

24 yaşlı yarımmüdafiəçi 0:0 hesabıyla başa çatmış bu görüşdə debüt imkanı qazanıb. O, 64-cü dəqiqədə meydana buraxılıb.

3 turdan sonra 2 xalı olan “Varazdin” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button