
Abdullayevli “Etnikos”dan inamlı qələbə
Futbol üzrə Kipr çempionatında 13-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Paeek”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Araz da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.
“Etnikos” 13 turdan sonra 8 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin