
Abdullayevli “Etnikos” APOEL-lə bacarmadı
Futbol üzrə Kipr çempionatında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə APOEL-lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Araz da bu görüşün iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana buraxılıb.
“Etnikos” 6 turdan sonra 1 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin