Abasov: “Neftçi” dominant futbol oynamağa martın 22-də başlayacaq”

“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”un qonağı olub.

Komanda.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib. Abasov oyunun birinci hissəsinin rahat keçdiyini bildirib:

“Azarkeşlər sağ olsunlar, uzun yol gəlib bizi dəstəklədilər. Təşəkkür edirəm.

Oyunun birinci hissəsi rahat keçdi. Burada oynamaq çətindir. Futbolçularım mübarizə apardılar.

İndi artıq fasiləyə çıxırıq. Həqiqətən də, buna ehtiyacımız var. Futbolçular da yorulub. Vaxtımız azdır. İstirahət edib, növbəti turların oyunlarına hazırlaşacağıq.

Bu, mənim komandamdır. Çatışmayan məsələləri mənim dilimdən eşidib, ictimaiyyətə çatdırmaq istəyirsizsə, mən buna cavab verməyəcəm. Burada fikirlərimi dayandırıram. Bugünkü gündə bizim üçün vacib olan nəticə idi.

Yaya kimi çətinlik çəkəcəyik. Çətin situasiyada gəlmişik. Biz öz aramızda da bunu danışmışdıq. Fikirləşirik ki, ən azı qələbələrlə bu vəziyyətdən çıxaq. Yenə də deyirəm, bu komandanın ətrafında gərgin işləyirik. “Neftçi” olaraq durmadan işləyirik, yeni transferlər üçün çalışırıq.

“Neftçi” dominant futbol oynamağa martın 22-də başlayacaq (gülür)”.

“Neftçi” növbəti turda evdə “Sabah”la üz-üzə gələcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button