
A Seriyasının prezidenti yay transfer pəncərəsinin tez bağlanmasını istəyir
A Seriyasının prezidenti Ezio Simonelli İtaliya çempionatında yay transfer pəncərəsinin yarışın ilk dövrəsi başlamazdan əvvəl bağlanmasını istədiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Simonelli bu ideyanın gerçəkləşməsi üçün yekdil qərara ehtiyac olduğunu söyləyib:
“Çempionat başlamazdan əvvəl transfer pəncərəsinin bağlanmasını istəyirik, eyni şey İngiltərə Premyer Liqasına da aiddir. Lakin La Liqa avqustun 31-dən əvvəl “pəncərə”ni bağlamayacaq və deyəsən, Bundesliqa və Liqa 1-də də eyni şey olacaq. Buna nail olmaq üçün yekdilliyə ehtiyacımız var və bu, o qədər də asan deyil”.
Hazırda Avropada yay transfer pəncərəsi iyunda açılır və avqustun 31-də bağlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



