A Seriyasının köhnə-təzə “sakinlər”i
İtaliya A Seriyasına iki vəsiqənin sahibi məlum olub.
Komanda.az xəbər verir ki, “Leççe” və “Kremoneze” yenidən A Seriyasında çıxış edəcək. Bu, B Seriyasında mövsümün yekunlarına görə mümkün olub. “Leççe” 71 xalla 1-ci yeri tutub. “Kremoneze” iki xal geri qalıb. A Seriyasına üçüncü vəsiqə pley-offda sahibini tapacaq.
“Leççe” 10-cu dəfə A Seriyasına yüksəlir. “Leççe” 2019/20, “Kremoneze” 1995/96 mövsümündə sonuncu dəfə güclülər sırasında olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin