A Seriyasının ən bahalı 5 futbolçusu
“İnter”in argentinalı hücumçusu Lautaro Martines İtaliya A Seriyasının ən bahalı oyunçusudur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun qiyməti 110 milyon avrodur.
İkinci yerdə 100 milyon avroyla “Napoli”nin hücumçusu Viktor Osimhen qərarlaşıb.
Üçüncü yeri “Milan”ın portuqaliyalı forvardı Rafael Leao (90 milyon) tutur. “İnter”in yarımmüdafiəçisi Nikolo Barella və “Napoli”nin gürcü futbolçusu Xviça Kvaratsxeliya isə 80 milyon avroyla ilk beşliyi tamamlayır.
“İnter” 2023/24 mövsümünün sonunda İtaliya A Seriyasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin