A Seriyasını tərk edən ikinci komanda
İtaliya A Seriyasını tərk edən ikinci komanda müəyyənləşib.
Komanda.az xəbər verir ki, 37-ci turda “Napoli”yə 0:3 hesabı ilə uduzan “Cenoa” bu mövsüm B seriyasına düşən ikinci komanda olub.
Daha əvvəl “Venetsiya” da yüksək liqanı tərk etmişdi. Yeni mövsümdə A Seriyasında oynamaq hüququnu itirəcək üçüncü iştirakçı isə son turda bilinəcək. Bu, ya “Salernitana”, ya da “Kalyari” olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin