Qomes İspaniyaya getdi – “Sevilya” üçün
“Atalanta”dakı karyerası müzakirə edilən Papu Qomesin gələcəyinə aydınlıq gəlib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını İspaniyada davam etdirəcək. “Sevilya” Qomesin transferini həll edib. Argentinalı forvard bu gün tibbi müayinə üçün İspaniyaya gedib. Onun tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacağı deyilir.
Qomesin “Sevilya” ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan müqavilə bağlayacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin