A Seriyasından Bundesliqaya 9 milyonluq transfer

Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi İtaliyanın “Bolonya” klubunun yarımmüdafiəçisi Mattias Svanberqi transfer edib.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. İsveç millisinin də üzvü olan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi yeni komandasında 32 nömrəli formanı geyinəcək. Bundesliqa təmsilçisi bu transferə görə İtaliya klubuna 9 milyon avro ödəyib.

Svanberq 2018-ci ildən “Bolonya”da forma geyinirdi. O, bu komandanın heyətində meydana çıxdığı 123 oyunda 9 qola imza atıb. İsveç yığmasında 21 oyuna çıxan yarımmüdafiəçi 1 qol da vurub.

Svanberqi “Volfsburq”a satan “Bolonya” da heyətinə yeni oyunçular cəlb edib. A Seriyası təmsilçisi Şotlandiya yığmasının və “Aberdin”in gənc yarımmüdafiəçisi Luis Ferqyusonu transfer edib. Bu transfer üçün 3.5 milyon avrosundan keçən İtaliya klubu, yeni yarımmüdafiəçisi ilə 4+1 illik müqavilə bağlayıb. 22 yaşlı futbolçu Şotlandiya yığmasında da 4 oyuna çıxıb.

“Bolonya” həmçinin “Yuventus”un bir neçə gün öncə “Cenoa”dan transfer etdiyi Andrea Kamyazonu da icarəyə götürdüyünü açıqlayıb. İcarə müddəti qarşıdakı mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button