A Seriyasında yanvarın ən yaxşıları bilindi
“Napoli”ni çalışdıran Antonio Konte İtaliya A Seriyasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.
Komanda.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
“Napoli”nin futbolçusu Andre Zambo-Anqissa isə ötən ayın ən yaxşı oyunçusu elan edilib.
Xatırladaq ki, ötən ay neapollular ölkə çempionatında keçirdikləri 4 oyunun hamısında qalib gəliblər.
“Napoli” A Seriyasında 23 matçdan sonra 54 xalla birinci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin