A Seriyasında sentyabrın ən yaxşısı müəyyənləşdi

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Milan”ın 27 yaşlı hücumçusu Kristian Pulişiçdir.

ABŞ millisinin üzvü azarkeşlər tərəfindən keçirilən səsvermədə “Kremoneze”dən Federiko Başirotto, “Napoli”dən Kevin De Bruyne, “İnter”dən Federiko Dimarko, “Atalanta”dan Nikola Krstoviç və “Bolonya”dan Rikardo Orsolinini geridə qoyub.

Pulişiç ötən ay komandanın heyətində 3 matçda çıxış edib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button