
A Seriyasında ötən ayın ən yaxşı futbolçusu
İtaliya A Seriyasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına “Yuventus”un hücumçusu Duşan Vlahoviç layiq görülüb. Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Serbiyalı hücumçu azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.
Qış transfer pəncərəsi dövründə “Fiorentina”dan “Yuventus”a keçən 22 yaşlı futbolçu A Seriyasında fevralda meydana çıxdığı 4 matçda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin