A Seriyasında noyabrın ən yaxşısı odur
İtaliya A Seriyasında noyabr ayının ən yaxşı baş məşqçisinin adı açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ötən ayın ən yaxşısı adına “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini layiq görülüb. Onun komandası noyabrda “Napoli” (3:0), “Udineze” (2:1) və “Parma”ya (3:1) qalib gəlib.
“Atalanta” hazırda 34 xalla A Seriyasına başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin