A Seriyasında ilk dəfə

Futbol üzrə İtaliya A Seriyasında 8-ci turun “Sassuolo” – “Salernitana” maçtında tarixi ilkə imza atılacaq.

Komanda.az xəbər verir ki, İtaliya çempionatında ilk dəfə bir elita matçını qadın hakim idarə edəcək.

Belə ki, bu qarşılaşmaya Mariya Sole Ferrieri Kaputi təyinat alıb. 31 yaşlı referi mövsüm öncəsi A Seriyasına təyinat alacaq hakimlərin siyahısında göstərilsə də, ilk dəfə məhz 8-ci turda iş başında olacaq.

“Sassuolo” – “Salernitana” matçı oktyabrın 2-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button