“A Seriyasında hər oyuna hazırlaşmaq çətindir” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasının 12-ci turunun matçında “Frozinone” üzərində qələbəni (2:0) şərh edib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis rəqib komandanın ünvanına xoş sözlər deyib:

“A Seriyasında hər oyuna hazırlaşmaq çətindir. Biz “Frozinone”nin bir taktiki sxemdən istifadə edəcəyini gözləyirdik, lakin onlar başqa bir taktiki sxemdən istifadə etdilər. Bu, liqada çox olur və uşaqlar matç zamanı dəyişikliklərə tez reaksiya verməlidirlər. Komanda konsentrasiyanı itirmədi, oyundan kənarda qalmadı. “Frozinone” qapıçıdan istifadə edərək, topu qapıdan yaxşı oynayır. Bu, yaxşı təşkilatlanmış və bacarıqlı komandadır”.

“İnter” İtaliya çempionatında 12 turdan sonra 31 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button