A Seriyasında fevralın ən yaxşı məşqçisi məlum olub
A Seriyasının rəsmi saytı fevral ayının ən yaxşı məşqçisinin adını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən ayın ən yaxşı məşqçisi adına verilən mükafatı “Roma”nın çalışdırıcısı Klaudio Ranyeri alıb.
Təcrübəli mütəxəssisin rəhbərlik etdiyi paytaxt komandası fevralda 3 qələbə və 1 heç-heçəni bayram edib. Onun yetirmələri İtaliya çempionatının 26 turundan sonra 40 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
“Roma” A Seriyasında növbəti oyununu “Komo”ya qarşı keçirəcək. Qarşılaşma sabah İtaliyanın paytaxtında baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



