A Seriyasında daha bir istefa
İtaliyanın “Spetsiya” klubu baş məşqçisi Luka Qottiylə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib.
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. “Spetsiya” A Seriyasında bu mövsüm keçirdiyi 22 oyunda cəmi 19 xal toplayıb və 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.
2022-ci ilin yayından bu komadaya rəhbərlik edən Qotti isə “Spetsiya”nı bütövlükdə 25 oyuna çıxarıb. Komanda bu oyunlarda 6 qələbə qazanıb və 7 heç-heçə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin