A Seriyasında baş məşqçi istefası

İtaliya A Seriyasında növbəti baş məşqçi istifası baş tutub.

Komanda.az xəbər verir ki, “Sampdoriya” klubu baş məşqçi Marko Campaolo ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

55 yaşlı mütəxəssis komandanın çempionatdakı uğursuz nəticələrinə görə istefaya göndərilib. Onun rəhbərliyi altında “Sampdoriya” 8 turdan sonra A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Campaolo bu ilin yanvar ayından “Sampdoriya”nı çalışdırırdı.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button