A Seriyasında 61 il əvvəlki rekord təkrarlandı
“Latsio”nun hücumçusu Çiro İmmobile futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümünə damğa vurmağa davam edir.
Komanda.az xəbər verir ki, İtaliya millisinin də formasını geyinən 29 yaşlı forvard A Seriyasının 24-cü turunda SPAL-a 5:1 qalib gəldikləri oyunda dubla imza atmaqla cari mövsümdə vurduğu qolların sayını 25-ə çatdırıb.
Bununla da o, A Seriyasında 1959-cu ildə müəyyənləşdirilmiş rekorda şərik olub. “İnter”in sabiq futbolçusu Antonio Ancelillo da 61 il əvvəl ilk 21 tur ərzində 25 qol vurmağı bacarmışdı.
Qeyd edək ki, Ancelillo həmin mövsümü 33 qolla tamamlayıb. A Seriyasında bir mövsüm ərzində ən çox qol vuran futbolçular isə Cino Rosetti ilə Qonsalo İquayndı – 36 qol.
İmmobile həm də son 10 mövsümdə İtaliya çempionatında ən çox qol vuran futbolçuların siyahısında ilk sıraya yüksəlib. O, vurduğu 123 qolla Qonsalo İquaynı geridə qoyub.
Bizi Facebook-da izləyin